Bu noutbukların hamısı hava limanında unudulub - Hər ay çoxalır

Heç indiyənə kimi hava limanlarında neçə ədəd noutbookların istifadəçilər tərəfindən unudulduqlarını düşünmüsünüzmü? ABŞ-ın Nyuark şəhərinin havalimanı üzrə Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) yoxlanış zamanı noutbooklarını unutduqları 70 nəfər insana səslənib. Avtosfer.az xəbər verir ki, bu barədə TSA-nın məlumatlarına əsasən Oktyabr-Noyabr aylarında Nyu Cersi ştatının ən böyük şəhəri Nyuark-ın hava limanında təhlükəsizlik xidməti əməkdaşları tərəfindən edilən yoxlanış zamanı 70 nəfər insan öz noutbookunu elə hava limanında unudub. Qeyd etmək lazımdır ki, beynəxalq Nyuark Liberti hava limanı, beynəlxalq aviadaşımalar üzrə ABŞ-ın ən böyük 5-ci hava limanıdır. Təbii ki, hava limanında olan çoxsaylı yoxlamalar, yorucu bürokratik prosesləri əks etdirir. Lakin bu, noutbooku hava limanında unutmaq üçün bir səbəb ola bilərmi?
Təsəvvür edin ki, iki ay ərzində Nyuark hava limanında 70 ədəd noutbook unudulub. Onların arasında həm köhnə model noutbooklar, həmdə yeni model MacBook-lar var. Onda bütün dünyadakı hava limanlarında olan saxlama kameralarında görəsən nə qədər noutbook öz sahibini gözləyir? Lakin ağıla gələn ilk sual bu deyil. Ümumiyyətlə noutbooku hava limanında necə unutmaq olar? Əgər o sizin üçün əhəmiyyətsizdirsə onda onu götürməyə ehtiyac varmı? Məsələn siz görmüsünüz ki, kimsə hava limanında rentgen skanından keçəndən sonra öz ayaqqabısını unudub təyyarəyə ayaqyalın minsin? Çox güman ki, cavab "yox” olacaq. Bunu nəzərə alaraq noutbookların bu cür laqeydsiz diqqəti hansı səbəbə görə qazandıqları məlum deyil.
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO










