Dünyanın aqibəti təhlükədə - Yer qaz buludu ilə toqquşacaq

Yer planeti qaz buludu ilə toqquşa bilər. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, qəribə bulud 1.2 milyon kilometr sürətlə Yer planetinə tərəf hərəkət edir. Artıq bu mövzuda aparılan tədqiqatlar sürətləndirilib. Amma NASA-dan verilən xəbərə görə, hələlik təşvişə düşmək lazım deyil. İlk dəfə 1963-cü ildə Hollandiyada astronomiya təhsili alan Qeyl Smit tərəfindən müşahidə edilən hidrogen buludu mübahisələrə səbəb olmuşdu. Hubble teleskopu tərəfindən verilən yeni fotolar 50 ildən artıqdır ki, davam edən çalışmalara yeni rəng qatıb. Son məlumatlara əsasən, iri həcmli bulud 70 milyon il əvvəl qalaktika diskinin ətrafında yaranıb. Gecə vaxtı səmanı müşahidə edəndə Aydan 30 dəfə böyük olan nəhəng qaz buludunun Samanyolu qalaktikasından kənara necə atıldığı bilinmir. Tərkibində 2 milyon Günəşə kifayət edəcək miqdarda qaz olan bulud kütləsinin qeri qayıtması maraqla gözlənilir.
NASA-dan bildirilib ki, Smit buludu 30 milyon ildən sonra qalaktika ilə toqquşacaq. Toqquşma nəticəsində Yer planetinə yaxın bir ərazidə yeni ulduzlar yaranacaq. Dünyanın aqibətinin necə olacağı hələ bilinmir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












