Dünyanın ən varlısı dəyişdi: Sıfırdan gəlib Bill Qeytsi keçən fəhlə kimdir?

Hər nə qədər dünya onu qısaca olaraq "Zara" geyim brendinin müəllifi kimi tanısa da, Amansi Orteqa (Amancio Ortega) həmçinin"Massimo Dutti", "Pull & Bear", "Bershka", "Oysho" kimi bir çox markanın da sahibidir. Və o, fəhləlikdən milyarderə çevrilən biridir...
Orteqa 79,5 milyard dollarlıq sərvəti ilə ötən həftə "Microsoft" şirkətinin sahibi Bill Qeytsi geridə qoyaraq dünyanın yaşayan ən varlı insanı ünvanını əldə etdi. Əzm dolu və motivasiya edici bu hekayəti sizlər üçün hazırladıq. Orteqa 1936-cı ildə ispan bir dəmiryolu fəhləsinin oğlu olaraq dünyaya göz açır. Dörd uşağın ən kiçiyi olan Orteqa 14 yaşında atasının işi ilə əlaqədar La Korunaya köçmək məcburiyyətində qalır. Orteqa burada yerli köynək istehsalçısında fəhlə kimi iş həyatına başlayır. Burada eyni zamanda dərzilik öyrənən Orteqa qısa müddət sonra ailəsiylə birlikdə kiçik bir dərzi otelyesi açır. Burada əl istehsalı geyimlər tikməyə başlayır, ehtiyac duyduqca isə tikiş bilən qadınları da bu işə cəlb edir. Kiçik bir ailənin ilk cəhdi kimi başlayan həmin bu dərzi otelyesi illər sonra İspaniyanın moda sahəsindəki ən böyük firması olaraq tarixə düşəcək...
Nəhayət, 1975-ci ildə o zamankı həyat yoldaşı Rosalia ilə birlikdə "Zara" adlı marka yaradaraq elə həmin il İspaniyadakı ilk "Zara" mağazasını da açırlar. Marka getdikcə böyüməyə və populyarlaşmağa başlayır. Bəs Orteqanın işini belə bir sürətlə böyüdən strategiyası nə olmuşdu?
"Zara" son dəb geyimlər təqdim etdiyi halda orta sinif gəlir səviyyəsinə xitab edirdi. Yəni strategiya bu idi: Podiumda, "moda həftələrində" görünən və əlçatmaz olan bütün model geyimləri imitasiya edir, münasib qiymətə satırdı.
Hazırda 79.5 milyard şəxsi sərvətə malik olan Orteqa dünyanın pərakəndə geyim bazarının 50%-dən çoxuna nəzarət edir./olke.az
Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO
Bu şəhərdə gündüz yanacaq daşımaq qadağan edildi
Bu şəhərdə parkinq əməkdaşlarının əksəriyyəti lal-kardır - FOTO
Dünya liderlərinin ilk avtomobilləri hansılar olub? - ARAŞDIRMA
Axtarışda olan şəxs sərxoşluğu ucbatından yaxalandı – VİDEO
Sərxoş sürücünün bu hərəkəti polisi TƏƏCCÜBLƏNDİRDİ – FOTO
Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir
Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz










