"Elektron siqaret istifadəsi "Popkorn" xəstəliyinə səbəb olur" - AQTA

Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə "Popkorn" xəstəliyinin yayılması ciddi narahatlıq yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, veypin insan sağlamlığı üçün bir digər təhlükəsi isə tərkibindəki "diasetil" adlı kimyəvi maddə səbəbindən yaranan popkorn xəstəliyidir.
Bu xəstəlik veyp istifadə edən yeniyetmələr arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə yol açır. Xəstəliyin adı isə çox maraqlıdır – "popkorn". Bəs niyə popkorn? Çünki bu xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn xırıltısını xatırladır.
Diasetil maddəsi qida sənayesində aromatizator kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur.
Popkorn xəstəliyi özünü əvvəlcə adi bir respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperatur ilə müşahidə olunur. Lakin zamanla vəziyyət pisləşir, ağciyərlərdə geriyə dönməz dəyişikliklər baş verir.
Unutmayaq ki, 39 ölkə veyp istifadəsini tamamilə qadağan edib, 82 ölkə isə yalnız ciddi tənzimləmələr əsasında satışına icazə verir.
Əgər sağlamlığınızı qorumaq istəyirsinizsə, veypdən imtina etmək ən düzgün addım olacaq. Unutmayın ki, sağlamlığınız ən qiymətli sərvətinizdir!
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?












