Ən böyük avtokorrupsiya skandalları - "Ford Pinto"

Şəkildəki avtomobil - Ford Pinto 70-ci illərdə ABŞ-da ən çox satılan avtomobil modellərindən biri olub. Ancaq bu model ABŞ tarixində faciələrlə yadda qalıb. Avtosfer.az xəbər verir ki, 1968-ci ildə "Ford" şirkəti ABŞ-ın avtomobil bazarında kompakt avtomobillərə olan tələbatı nəzərə alaraq "Pinto" modelinin istehsalına başlamağa qərar verdi. Qısa müddət ərzində yeni modelin dizaynı tamamlandı və istehsala başlandı. Mövcud təhlükəsizlik qaydalarına uyğun olaraq, ilk istehsal olunan avtomobillərin qəza yoxlaması aparıldı. Yoxlama zaman test edilən 10 avtombildən 7-si arxa tərəfdən 30 km/s sürətlə hərəkət edən avtomobilin dəyməsi nəticəsində bir anda alışdı və partladı. Səbəb araşdırıldıqda məlum oldu ki, avtomobilin qüsurlu dizaynı nəticəsində benzin çəni içəri tərəfdən avtomobilin arxa tərəfinə o qədər yaxın yerləşdirilib ki, hətta yüngül zərbələrdə belə benzin çəninə düşən kiçik qığılcım avtomobilin partlamasına səbəb olur. Vəziyyətin təhlili nəticəsində ekspertlər belə bir rəy verdilər ki, dizayndakı qüsurun aradan qaldırılması üçün hər istehsal olunan avtomobilə cəmi 11 ABŞ dolları xərc çəkmək lazımdır. Bu isə istehsal olunan 12,5 milyon avtomobildə dəyişiklik edilməsi anlamına gəlirdi və nəticədə "Ford"a 138 milyon ABŞ dollarına başa gələcəkdi. "Ford" paralel olaraq dizayna dəyişiklik edilmədikdə baş verəcək bədbəxt hadisələrə ödəniləcək təzminatların hesablamasını apardı və təqribi 180 ölüm, 180 ciddi yanıq xəsarətləri və 2100 avtomobil yanmasına ödəniləcək təzminat olaraq 49,5 milyon ABŞ dolları müəyyən etdi. “Ford” risk/xeyir (risk/benefit) təhlili apararaq, mövcud dizaynı dəyişdirmək üçün 138 milyon ABŞ dolları xərc çəkməkdənsə, baş verəcək bədbəxt hadisələrə 49,5 milyon ABŞ dolları təzminat ödəməyə qərar verdi. Yəni insan həyatı 11 ABŞ dollarına bərabər tutuldu. Bu qərarı təsdiqləmək üçün ABŞ-ın yol təhlükəsizliyi üzrə dövlət qurumlarına da rüşvət verildi.
Dövriyyəyə buraxılan avtomobillərin qüsurları qısa müddətdə üzə çıxdı və bir-birinin ardınca “Pinto”larla bağlı silsilə qəzalar və ölümlər baş verdi. Üstəlik bu qəzalar ən adi hallarda, 30-40 km/s sürətlə hərəkət edən avtomobillərin arxadan zərbəsi nəticəsində baş verirdi.
Qəza və ölüm işləri ilə bağlı məhkəmələrdə “Ford” gözlədiyindən də qat-qat artıq təzminat ödəməyə məcbur oldu və nəticədə 1978-ci ildə satılan bütün “Pinto” modellərini geri çağırmağa məcbur oldu. Bu, “Ford” şirkətinin tarixindəki ən böyük korrupsiya skandalı və maliyyə böhranı oldu. Bu hadisədən sonra “Ford” tərəfindən istehsal olunan bütün modellərdə hər şeydən əvvəl təhlükəsizlik standarları yoxlanıldı və “Ford”lar bu gün də dünyanın ən təhlükəsiz avtomobillərindən sayılır.
Academy.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












