Günəşdə ay ərzində ən güclü partlayış baş verib

Günəşdə avqustun əvvəlindən bəri ən güclü partlayış qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.
Partlayış öz gücünə görə M1.88 səviyyəsinə çatıb ki, bu da sondan əvvəlki güc sinfidir. Lakin bu, dünya kataloqlarına M1.8 göstəricisi ilə düşəcək, çünki günəş aktivliyinin səviyyəsi ənənəvi olaraq aşağı həddə yuvarlaqlaşdırılır. Bu böyüklükdəki partlayış rekorddan uzaq olsa da, sakit yay günəşi və günəş aktivliyinin ümumi azalması fonunda bu hadisə olduqca nəzərəçarpandır.
Bu, 24 saat ərzində ikinci M sinifli partlayışdır. Partlayışa cəmi bir gün əvvəl Günəşin sol tərəfinə çıxan 4 513 bölgəsi səbəb olub. Hazırda bu bölgə yüksək aktivlik göstərir və alimlərin proqnozlarına görə, yaxın bir-iki gün ərzində azalmağa doğru gedəcək. X sinifli partlayışlar hələlik gözlənilmir, lakin mütəxəssislər onların yaranmasını istisna etmirlər. Avqustun 19-da bu aktiv bölgədə təxminən iyirmi partlayış qeydə alınıb.
Daha əvvəl isə alimlər yeni maqnit qasırğaları dövrünün bitmə tarixini açıqlamışdılar. Tac dəliyinin (koronal dəlik) Yerə təsiri nəticəsində yaranan maqnitosfer dalğalanmaları avqustun 21-də sakitləşməyə başlayacaq. Qasırğalar ən zəif səviyyə olan G1-i keçməyəcək.
Bloqer Fərid Rəsul Amerikada cərimələndi - ŞOK RƏQƏM - VİDEO
Çin markası müştərilərinə 13 min manat təzminat ödəyəcək – SƏBƏB isə...
Bu hava limanında TDT ölkələri üçün xüsusi keçid zonaları yaradıla bilər - EKSPERT
Zəngəzur dəhlizi üzərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO
Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ
Yol kənarındakı lövhələrdəki rəqəmlər nə üçündür? – MARAQLI
Azərbaycanın bitum ixracındakı üstünlüyü: Qonşu ölkələr kimdən asılıdır?
Cücələr təyyarə ilə daşındı - FOTO
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır












