Halal zəhmətlə 14 yaşında milyonçu oldu - İNANILMAZ

İngiltərədə 14 yaşlı Harvey adlı oğlan maşın sahiblərinə "vergi xatırlatma çeki" sataraq 100 min funt-sterlinq qazanıb. Puluna ərazi alan gənc sahibkar bir tikinti şirkətinin 2 milyon sterlinlik təklifini qəbul edib.
Harvey Millington yaşının az olmasına baxmayaraq innovativ bir fikirlə milyonçu olub. Harvey unutqan avtomobil sürücülərinin vergi cəzası almamaları üçün vergilərini nə vaxt ödəmələri lazım olduğunu xatırladan kağız sənədlər hazırlayır. İşə başladığı ilk həftədə 400-ə yaxın sifariş almağa başlayıb. Harvey keçən il minlərlə xatırlatma çeki satıb və əldə etdiyi qazancla satın aldığı bir ərazi sayəsində 2 milyon funt-sterlinqdən çox gəlir gəlir əldə edib. Gənc milyonerin bu sənədləri satmaq üçün keçən il, yəni 13 yaşında açdığı bir internet saytı var. Bu günə qədər satdığı jetonlardan 100 min funt-sterlinq qazanan uşaq, qazandığı pulun 10 min funt-sterlinqini işi üçün istifadə edib, 40 min funt-sterlinqinə isə təxminən 4 hektar ərazi satın alıb. Ancaq aldığı əraziyə bir tikinti şirkəti müştəri çıxıb. 14 yaşlı bu oğlanın aldığı ərazi iş adamının sahibi olduğu ərazilərin ortasında yerləşdiyi üçün iş adamı oğlana ərazisi üçün 2 milyon funt-sterlinq təklif edib.
İngiltərənin "The Sun" qəzetinə danışan Millington "Şirkətlə görüşə getməzdən əvvəl mənə nə qədər təklif edəcəklərini bilmirdim. Rədd etməyim çətin idi, çünki çox böyük məbləğ təklif etdlər" deyib. Uşağın atası Hovard Millington oğluna işinə başlaması üçün 2 min funt-sterlinq sərmayə verib. "Daily Mail" qəzetinə oğlunun uğuru haqqında müsahibə verən ata "Ona həyatda uğurlu olmağı öyrətdim. Çox praqmatik bir uşaq və böyük bir iş adamıdır" deyə danışıb. Atası oğlunun iş həyatında uğurlu olacağını kiçik yaşda fərq edib, oğlu bu vaxta qədər dənəsi 4 funt-sterlinqdən 20 min vergi xatırlatma markası satıb.
14 yaşlı oğlanın bu uğuru təkcə mediada deyil, sosial mediada da böyük əks-səda doğurub.
moderator.az
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO











