İlk kosmik şəhər: "Asgardia" vətəndaşı olmaq üçün qeydiyyat davam edir

Dünyada baş verən hadisələr bir çoxumuzu kosmosda fərqli bir planetə köçməyi arzulayacaq qədər bezdirə bilir. Lakin sizə bir xəbərimiz var - bunu artıq arzu hesab etməyə bilərik. Asgardia-nın vətəndaşı olmaq barədə düşünməyə başlaya bilərsiniz. Belə ki, kosmosda yaşayacağı planlaşdırılan cəmiyyətə üzv olmaq üçün artıq müraciət etmək mümkündür. Asgardia vətəndaşı olmaq üçün lazımlı sənədi doldurmağa başlayın və dünyanın stressindən uzaq bir yerdə yaşamağa başlayın. Avtosfer.az xəbər verir ki, stressdən uzaq olan bu sirli məkanın arxasında isə çılğın rus roket fiziki Dr. İqor Aşurbeyli durur. O, bu yaxınlarda Parisdə keçirilən bir konfransda kosmosda yaşayacaq cəmiyyətə üçün Norveç mifologiyasından götürdüyü Asgard adını verdiyini açıqladı. Asgardianın reallığa çevrilmə tarixi olaraq isə 2017-ci il, 4 oktyabr müəyyən edildi. Bu tarixdə Sovet dövründə kosmosa göndərilən Sputnik 1-in növbəti ildönümü qeyd ediləcək. Bütün bunlardan əlavə, kosmosda yaşayacaq bu millət üçün bayraq dizaynı, simvol və milli marşın yaradılması üzərində də işlər davam etdirilir. Müraciət etmək üçün ərizələrin qəbuluna isə 2017-ci ildə son qoyulacaq.
Ashurbeyli Room Space Journal-a verdiyi bir açıqlamada bu sözləri deyir: "Asgardia fəlsəfi nöqteyi-nəzərdən bənzərsiz bir görünüşə sahibdir. Bütün bəşəriyyətə və bir-birimizə xidmət etmək, şəhərin rifahı və zənginliyi üçün birlikdə qurulmuş olacaq".
Kosmik vətəndaşların yaş həddi 18-dən yuxarı olmalıdır. Ərizə forması eyni zamanda da e-poçtunuzu özündə ehtiva etməlidir. Qeyd edək ki, alim həmçinin də Vyanada yerləşən Beynəlxalq Kosmos Araşdırmaları qurumunun da yaradıcısıdır. O qeyd edir ki, Asgardia vətəndaşlarının sayı çox artdığı təqdirdə, rəsmi ölkə olmaq üçün BMT-yə müraciət edə bilərlər. //pahoo.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












