İnsanların yaşaya biləcəkləri 3 planetin adlarını açıqladılar

NASA mütəxəssisləri insanların gələcəkdə yaşaya biləcəkləri Günəş sisteminin 3 planetinin adlarını açıqlayıblar. Avtosfer.az xəbər verir ki, yer kürəsində həyat mümkünsüz dərcəyə çatacağı halda insanlar bu 3 planetdən birinə yerləşə bilərlıər. Onların fikrincə bu planetlər Mars, Pluton və Sereradır. Astrofiziklər qeyd ediblər ki, insanlar gec-tez Yer kürəsini tərk etməli olacaqlar. Bu barədə həmçinin Stephen Hawking də bir neçə dəfə bəyanat vermişdir. Bununla belə insanlar üçün əlverişli həyat mühitinin məhz Marsda olacağı düşünülür. Onun atmosferi münasibdir. Lakin orada yaşayacaq insanlar oksigen və suyu istehsal etməklə yanaşı sərt şəkildə olan aşağı temperatur ilə mübarizə aparmalı olacaqlar. Plutonda hava şəraiti daha sərtdir. Lakin buna baxmayaraq alimlər orda donmuş vəziyyətdə su aşkar ediblər. Su isə biz bildiyimiz kimi həyatın yaranması üçün ən vacib xüsusiyyətdir. Həmçinin Plutonun səthinin altında yaşamaq lazım gələcək. Belə ki, planet Günəşdən çox uzaqda yerləşir. 3-cü variant isə Yupiter ilə Mars arasındakı orbitdə yerləşən cırtdan planet Sereradır. Sererada da donmuş halda suyun olduğu ehtimalı yüksəkdir.//technote.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












