Kosmosdan edilən canlı yayım saxta çıxdı – FOTO+VİDEO

Avtosfer.az xəbər verir ki, bu gün "Facebook"da Beynəlxalq Kosmik Stansiyadan paylaşılan və 3 saat davam edən canlı yayım milyonlarla "like" alıb və paylaşılıb.
Amma çox keçməyib ki, günün ən çox paylaşılan xəbərlərindən olan bu canlı yayımın saxta olduğu üzə çıxıb. Gün ərzində LiveUSA, INTERESTINATE və UNILAD kimi məşhur "Facebook" səhifələrində milyonlarla "like" və paylaşım alan video bəzi istifadəçilərdə şübhə yaradıb. Daha sonra NASA-nın rəsmi saytında və "Facebook" səhifəsində bu gün üçün heç bir canlı yayım xəbərinin olmaması isə bu şübhələrin əsaslı olduğunu göstərib. ABŞ-ın böyük xəbər portalı "Mashable" NASA ilə əlaqəyə keçib və onlara bu gün BKS-dən heç bir canlı yayımın baş tutmadığı bildirilib. Sonraki saatlarda isə canlı yayımın əslində 2013-cü ildə rus kosmonavtları tərəfindən çəkilən video olduğu üzə çıxıb.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












