Marsdan sonra insanların yaşayacağı ikinci kosmik obyekti təyin ediblər - NASA

NASA planetoloqu Amanda Handrix Marsdan sonra insanlıq üçün ikinci ev ola biləcək kosmik obyektin adını açıqlayıb. Avtosfer.az technote.az-a istinadən xəbər verir ki, bu kosmik obyekt, Saturnun peyklərindən biri olan Titandır. "Marsdan sonra insanlar üçün potensial ev, Yupiter və Saturnun peykləri ola bilər. Onların arasında çox variantlar var. Lakin qalib məlumdur. Titan, Yer kürəsinə bənzəyən yeganə kosmik obyektdir” – deyə alimlər qeyd ediblər. Bundan əlavə olaraq Titan, Yer kürəsindən başqa yeganə kosmik obyektdir ki, su olmasa belə maye halında karbohidrogen göllərindən ibarətdir. Marsdan fərqli olaraq Titan, 95%-i azotdan təşkil olunmuş sıx atmosferə sahibdir. Saturnun maqnit sahəsi isə Titanın səthini kosmik radiasiyadan qoruyur.
Peykin atmosfer təzyiqi Yer kürəsindən 1.5 dəfə çoxdur. Bu isə daha rahat və yüngül skafandrların hazırlanması üçün əla fürsətdir. Beləliklə ilk koloniyaçılar özlərini Titanda daha komfort hiss edəcəklər. Karbohidrogenin və peykin dərinliklərində buz halda suyun olması raket yanacağını təmin edəcək. Titanda yaşayış evlərinin inşasında istifadə ediləcək material kimi Handrix, plastiki münasib görür. Peykin koloniyalaşdırılması yolunda problem kimi, alimlər -180 dərəcə temperaturu və Yer kürəsindən olan uzaq məsafəni görürlər. Belə ki, müasir imkanlarla Yer kürəsindən Titana çatmaq üçün 7 il vaxt lazımdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












