“Mercedes”dən gülməli addım: jurnalda “sürücü axtarılır” elanı verdi

Mercedes komandası 2017-ci il üçün sürücü axtarışlarını davam etdirir və almanlar Britaniyanın “Autosport” jurnalına “sürücü axtarılır” elanı veriblər.
Avtosfer.az “f-1.az”a istinadən xatırladır ki, Rosberq təqaüdə çıxdığını açıqladıqdan sonra “Mercedes”də bir yer boş qalıb. Amma almanlar sürücü axtarışında gülməli addım atıblar və “Autosport” jurnalına “sürücü axtarılır” elanı veriblər.
Elan belədir: “Komandamızda sürücü vakansiyası var. Müraciət edənlər trasda düzgün əylənməyi, döngəyə girməyi və ən vacibi sürətlənməyi bilməlidirlər. FİA-nın super lisenziyası olanlara üstünlük veriləcək. İşə qəbul edəcəyimiz sürücünü həyat siğortası, “Mercedes” avtomobili, şirkətin idman zalı və yeməkxana kimi üstünlüklər gözləyir”.
Qeyd edək ki, “Formula1” komandaları “Autosport” jurnalına mexanik, mühəndis, katibə kimi vakansiya elanları verirlər. “Mercedes” bu ənəni pozmayıb və yarış sürücüsü üçün də elan verib.

Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












