Metroda divardakı kiçik qapının nə olduğunu bilirsinizmi? - FOTOLAR

Metropoliten, yaxud yeraltı yol sanki ayrı bir dünyadır və hər zaman üçün kiçik, yaxud böyük olmasından asılı olmayaraq hər kəs üçün sirr dağarcığı olub. İstər tunelin iç görünüşü, istər maşinistin yeri, istər qaranlıq tuneldə zaman-zaman rastlaşılan insanlar olsun, hər zaman maraq dairəsindədir. Bu gün metropoliten barədə kiçik bir sirri açmaq istəyirik.
Yəqin ki, hər birimiz perronla üzbəüz durarkən qarşı divardakı qapını görmüşük və bunun nə üçün olduğu barədə heç olmasa bir dəfə özümüzə sual vermişik. Sən demə bu sualın cavabı çox sadə imiş. Çoxlarımız bilir ki, tuneldə divarların içi ilə kabellər keçir. Bu kabelləri rahat şəkildə dartmaq üçün hər 10-20 metrdən bir kiçik dolab boyda divarda dəlik açılır. Bu, elə belə də adlanır: kabel dolabı, yaxud kabel kollektoru. Yeni kabel çəkmək lazım olduqda onu sadəcə boş boruya salmaq və lazımi istiqamətə yönəltmək lazımdır. Köməkçi isə borunun digər ucundan həmin kabeli tutaraq özünə tərəf çəkir, sonra o biri boruya salaraq digər kabel dolabına göndərir.
Borularda dəliklər bir-birinə yaxın məsafədə açılır. Bu kabeli rahat dartmaq üçündür. Adətən bir stansiyada 2-3 belə dolab olur. Kabel kollektorlarının metropolitenin interyerinə uyğun gəlməsi və sərnişinlərin diqqətini dağıtmamaq üçün üstü ornamentli qapılar və digər bəzəklərlə örtülür.
Sfera.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO















