NASA-dan qorxunc açıqlama: "Antarktida bölünməyə başlayıb"

NASA mütəxəssisləri Antarktidanın buzlaqlarından birində, 112 kilometr uzunluğunda dəlik aşkar ediblər. Onun yaranması buzun əriməyə başlaması və yaxınlarda 6,5 min kvadrat kilometr genişlikdə meqa-aysberqin əmələ gələcəyi deməkdir. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, iqlimşünaslar, okeanoloqlar və digər alimlər uzun müddət hesab edirlər ki, iqlim dəyişiklikləri nəticəsində, əsasən Yer kürəsinin şimal hissəsindəki - Qrenlandiya və şimal qütbünün buz örtüyündəki buz ehtiyatları məhv olacaq. Son illərdə bu səhnə dəyişməyə başlayıb. Elm adamları müşahidə ediblər ki, əvvəlcə şimaldakı buzlaqlar deyil, Antarktida buzlaqlarının bir hissəsi əriməyə başlayır.
Bu isə o deməkdir ki, dünya okeanının səviyyəsi fəlakətli dərəcədə yüksələcək. Bu səbəbdən də NASA-nın IceBridge layihəsi çərçivəsində cənub qütbündəki buzlaqların vəziyyəti kəşfiyyat təyyarələrinin köməyi ilə fasiləsiz olaraq müşahidə edilir. Aparılan tədqiqatlar göstərir ki, məhv olmağa ən real namizəd - Antarktidanın şərq sahillərindəki Larsen buzlaqları adlandırılan yarımadadır.
O, hələ 1995-ci ildə parçalanmağa başlayıb. Bu buzlağın axırıncı aysberqləri, IceBridge-in məlumatlarına görə, bu ilin yayında yola çıxmağa başlayıb. Təyyarələr vasitəsilə noyabrın sonlarında və dekabrın əvvəllərində çəkilən kadrlar əsasında, NASA bildirib ki, Larsen buz massivinin Larsen C buzlağında 112 kilometr uzunluğu, 100 metr eni və 500 metr dəriliyi olan böyük bir çat (yarğan) əmələ gəlib.
Mütəxəssislərin fikrincə, bu yarğan ötən il, ya da ondan əvvəlki il yaranmağa başlayıb. Bu isə həmin buz massivinin çöküşünün ultra təbiətinə xasdır. Həmin çat çox böyük sürətlə böyüyür. Cənub yarımkürəsinə yayın gəlişi ilə əlaqədar olaraq Larsendən sahəsi 6500 kvadrat kilometr olan nəhəng aysberq aralanıb.
Bu, müqayisədə Amerikanın Delaver ştatının, Moskva vilayətinin yeddi qatının, Estoniya və digər kiçik Avropa dövlətlərinin ərazisinə bərabərdir. Larsen C buzlağının qopması buzlarların sürətlə əriməsinə və hazırda Larsen buz massivini saxlayan Antarktida kontinental buzlaqlarının sürüşməsinə gətirib çıxaracaq.
Həyat "dəqiq hesablanma" sayəsində mövcuddur - Fiziklərdən heyrətamiz nəticə
Uçan naməlum obyektlərlə bağlı məxfi sənədlər ictimailəşdirilir
Alman brendi avtomobilin reklamını elə təşkil etdi ki… - VİDEO
Yeni muzeydə bu eksponatlar yer ala bilər - FOTOLAR
Telefon qiymətinə elektrikli motosiklet - FOTO
Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA
Bu avtobusa ancaq qadın və uşaqlar minirlər - FOTO
Yol polisi sürücünü hansı halda saxlaya bilər? – MÜTƏXƏSSİS RƏYİ
Çinin bu şirkəti suda üzən avtomobil istehsal etdi - RƏSMİ
Turizm üçün ikinci postpandemiya dövrü?
“Toyota”dan yenilik; bu oturacaqlar 3500 dollara satışa çıxarıldı – RƏSMİ - FOTO








