NASA Yupiter planetinin unikal şəkillərini yayıb
Maraqlı
3 Sentyabr 2016 21:22

Aparat Yupiterin ətrafında daha 30 dəfədən çox dövrə vuracaq
NASA kosmik agentliyi Yupiter planetinin bulud örtüyünün müşahidə olunduğu unikal fotoşəkilləri dərc edib. Avtosfer.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Yunona” aparatı tarixdə ilk dəfə olaraq Yupiterin şimal və cənub qütblərinin görüntülərini çəkib. Tədqiqatçılar əldə olunan şəkillərin yüksək keyfiyyəti sayəsində infraqırmızı şüada Yupiterdə qütb parıltısını müşahidə ediblər. Fotoşəkillər göy cisminin qasırğa sisteminin tədqiqinə və bu planetdə bərk nüvənin olub-olmadığı barədə nəticə çıxarmağa imkan verəcək. “Yunona” zondu fəzaya 2011-ci ildə Kanaveral burnundan buraxılıb. Yaxın iki il ərzində planetin orbitində qalması planlaşdırılan aparat Yupiterin ətrafında daha 30 dəfədən çox dövrə vuracaq.
Fidan
Oxunub : 2137
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ













