Oğrunun "fərasətinə" bax: Cəmi 20 saniyədə... - VİDEO

ABŞ-da bir sakin dünyanın ən sadə, amma kifayət qədər bahalı oğurluqlarından birinə imza atıb. Nyu Yorkun məşhur Manhetn küçəsində bir şəxs yük maşınından götürdüyü külçə qızıllarla aradan çıxıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, hadisə müşahidə kamerasından anbaan görüntülənib. Zirehli maşından yüklərin boşaldıldığını görən bir şəxs, malların dəyərli olduğunu anlayıb. Oğurluğa keçmək üçün doğru zamanı gözləyən cinayətkar ilk fürsətdə bağlamalardan birini götürərək gözdən itib. Məlum olub ki, onun daşımaqda çətinlik çəkdiyi bağlamanın içində nə az, nə çox 36 kq qızıl olub.
Oğurlanan qızılların maddi dəyəri 1.6 milyon dollardır. Polislər sifəti görüntülənən oğrunun axtarışına çıxsalar da onun yerini müəyyənləşdirmək mümkün olmayıb. Cəmi 20 saniyədə böyük bir sərvət oğurlayan amerikalının Orlando və ya Mayami bölgələrində gizləndiyi güman olunur.
Asayiş keşikçilərinin sözlərinə görə, böyük ehtimalla oğurluğu gerçəkləşdirən şəxs özü də bağlamanın içində külli miqdarda qızılın olduğundan xəbərsiz olub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












