Özünüzə yaşamaq üçün başqa bir planet axtarın -2030-cu ilə qədər

Yer kürəsinə insanların müdaxiləsi artdıqca təbii fəlakətlər də qaçılmaz olur. Beləki, dünyada təbii qaynaqlar sürətlə azalır və təbiət getdikcə daha da çirklənir. Bunu araşdıran Dünya Təbiəti Qoruma Fondunun hesabatına inansaq ən yaxşı halda 2030-cu ildə təbii depresiyanın başlanması ehtimalı qaçılmazdır.
Avtosfer.az technote.az-a istinadən bildirir ki, hər il Yer üzündə təbii qaynaqların 1.6 dəfədən çoxunun istifadə olunduğu deyən hesabata inansaq, şirin sularda yaşayan canlıların nəslinin kəsilməsi qaçılmaz olacaq.
1970-2012 illər arasında şirin sularda yaşayan canlı sayısının 80% azaldığı hesabatda öz əksini tapıb. Burda isə insanların təbiətə daimi müdaxiləsi xüsusi rol oynayır. Məsələn, son 25 ildə 239 milyon hektar meşə sahəsi məhv olub. Meşələrin kütləvi məhvinə insan səbəb olmasa belə, dolayı yolla çox ciddi rol oynayır.
Fondun məlumatına görə əgər insanlar belə yaşamağa davam etsələr, onda ən yaxşı halda 2030-cu ildə yeni yer kürəsinə ehtiyac olacaq. Hesablama insanlığın ekoloji sistemi məhv etdiyini göstərən "ekoloji ayaq izi" əsas alınaraq həyata keçirilir. Hesabatın sonunda ortaya çıxan kürəsəl hektarın kiçik çıxması təbiətin o qədər az zədə almasına işarədir.
Fondun Almaniya şöbəsindən çalışan Christoph Heinrich bu problemi aradan qaldırmaq üçün cəmiyyəti çevrəyə qarşı daha diqqətli davranmağa səsləyib.
Nə demək olar hər ehtimala qarşı Asgardia vətəndaşlığını nəzərdən keçirmək lazımdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












