Qəza zamanı liftdən necə sağ çıxmaq olar?

Təəssüf ki, heç birimiz ekstremal vəziyyətdən sığortalanmamışıq, amma ən azından həmin hallarda nə edəcəyimiz barədə məlumat toplaya bilərik. Faydalı məsləhətlər sizin və yaxınlarınızın həyatını qurtara bilər, bunun üçün onları vaxtında tətbiq etmək lazımdır.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza zamanı liftdə nəyi etmək və nəyi qətiyyən etməmək barədə alim və mühəndislərin tövsiyələrini sizinlə bölüşür.
ZƏRBƏ ZAMANI TULLANMAĞA CƏHD ETMƏYİN
Birincisi, düşərkən tullanmaq çətin olacaq. İkincisi isə bu nə qədər tez olarsa, çökmənin sürətini azaldacaq, əksəriyyətimiz isə basketbol və voleybol ilə peşəkar səviyyədə məşğul olmadığımız üçün bunu yetrincə tez həyata keçirə bilməyəcəyik. Üçüncüsü isə sizin lift yerə çırpılarkən hansı böyrü üstə düşəcəyinizi və bunun hansı travmalar ilə nəticələnəcəyini hesablaya bilməzsiniz. “Discovery” kanalının əməkdaşları bunun lazımsız olduğunu artıq sübut ediblər.
AYAQ ÜSTƏ DÜZ DAYANMAYIN
Yaxşı variant deyil, belə ki, yıxılarkən ayaqlarınızın üzərinə bədəninizin çəkisində 10 dəfə ağır yük düşəcək. Bu isə ciddi travmalara yol aça bilər.
ZƏRBƏ ZAMANI ƏN YAXŞI VƏZİYYƏT LİFTDƏ UZANMAQDIR
Liftin qırılığını hiss etdiyiniz zaman, dərhal kürəyi üstə yerə uzanın. Bu vəziyyətdə zərbənin gücü bütün bədəniniz boyu paylanacaq.
ƏGƏR LİFTDƏ ADAM ÇOXDUR VƏ UZANMAQ MÜMKÜN DEYİLSƏ, OTURUN VƏ DİZLƏRİNİZİ QATLAYIN
Bu vəziyyətdə bədənizə düşən güc ayaqüstə durarkən aldığınız zərbədən az olacaq. Liftdə oturmağa da imkan yoxdursa, ən azından dizlərinizi qatlayın, bu da zərbənin gücünü azaltmağa yardım edəcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












