Qəzada ölən arvadını iki il sonra televiziyada görüb - Şok oldu

Arvadının yol qəzası nəticəsində öldüyünü düşünən adam iki il sonra televiziya proqramında onun yaşadığını öyrənincə şok keçirib. Avtosfer.az sfera.az-a istinadən bildirir ki, Fasın Benı Mellal-khenifra bölgəsinin Azilal qəsəbəsində yaşayan Abragh Məhəmməd adlı adam yol qəzası keçirən arvadını Kasablankada bir xəstəxanaya aparıb. Kədərli ərə arvadının vəziyyətinin ağır olduğunu söyləyən həkimlər müalicəyə davam edəcəklərini, lakin çox ümidli olmaması lazım olduğunu söyləyiblər. Həkimlər həmçinin müalicə xərclərini ödəməsi üçün ona faktura da veriblər. Abragh Məhəmməd müalicə ödənişini qarşılamaq üçün xəstəxanadan 4 saat yol məsafəsində olan Azilalə dönüb. Müalicə fakturasının pulu ilə xəstəxanaya dönən Məhəmmədə həkimlər arvadının öldüyünü söyləyib.
Arvadının kəfənə bükülmüş və tabuta qoyulmuş cənazəsini alaraq Azilalə dönən ər burada yoldaşını dəfn edib. Cənazə mərasimindən iki il sonra "İtənlər" adlı məşhur televiziya proqramına öldüyü düşünülən qadın canlı telefon bağlantısı ilə qatılıb. Telefondakı qadın əri ilə əlaqəni itirdiyini bildirib, adını və daha əvvəl yaşadıqları ünvan məlumatlarını açıqlayıb.
Yayımlanan proqramı izləməyən dul ərə qohumları və yoldaşları şokedici xəbəri veriblər. İspan mətbuatına danışan Məhəmməd "Basdırdığımız cənazənin başqasına aid olduğunu bilmirdim. Arvadımın həyatda olduğunu da bilmirdim." sözləriylə yaşadığı qarışıqlığı ifadə edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












