Quşlar uçarkən niyə heç vaxt toqquşmur?

Kvinslend Universitetindən olan alim-ornitoloqlar quşların təkamül prosesi nəticəsində unikal özəllik əldə etdiklərini bildiriblər. Bu özəllik isə ondan ibarətdir ki,quşlar uçuş zamanı bir-birilərinə toxunmaqdan və ya bir-birilərilə toqquşmaqdan qaçmağı öyrənib.
Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, mütəxəssislər müşahidə ediblər ki,quşlar hətta böyük dəstələr halında uçduqda belə,heç vaxt bir-biriləri ilə toqquşmur. Sən demə,quşlar özlərinin yol hərəkəti qaydalarına çox dəqiq riayət edir və heç vaxt onu pozmur.
Tədqiqatçılar danışan tutuquşular arasında belə bir eksperiment aparıblar. Onlar quş dəstələrini darısqal tunelə buraxaraq onları bir-birinə əks istiqamətdə uçmağa təhrik ediblər. Belə testlər 100 dəfə keçirilib. Lakin onların heç birində toqquşma halı qeydə alınmayıb.
Alimlər dəqiqləşdiriblər ki,toqquşma təhlükəsi olan vaxt quşlar sağa doğru meyllənir və yaxud uçma hündürlüyünü dəyişir. Bununla bağlı əvvəllər keçirilən eksperimentlərdən bir nəticə hasil olmayıb. Quşların bu davranışlarını üzə çıxarmağa kompüter simulyasiyası kömək edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












