Səmada möhtəşəm görüş: Venera və Yupiter bir-birinə rekord dərəcədə yaxın görünəcək - FOTO

2026-cı ilin ən maraqlı səma hadisələrindən biri zamanı gecə səmasının ən parlaq iki planeti bir neçə axşam ardıcıl olaraq bir-birinə çox yaxın görünəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb. Məlumatda qeyd olunur ki, Venera və Yupiterin bu yaxınlaşması (konyunksiyası) günbatımından sonra qərb səmasında müşahidə olunacaq və adi gözlə rahatlıqla görünəcək. Onları izləmək üçün ən yaxşı vaxt iyunun 9-u, çərşənbə axşamı günü günəş batdıqdan təxminən 45 dəqiqə ilə 2 saat arasındakı müddətdir. Bununla belə, həmin tarixdən əvvəlki və sonrakı axşamlar da demək olar ki, eyni mənzərəni təqdim edəcək. Ən yaxşı görüntü üçün qərb üfüqünü maneəsiz görmək mümkün olan yer seçmək tövsiyə olunur.
İyunun 9-da iki planet səmada bir-birindən cəmi 1,6 dərəcə məsafədə görünəcək. Bu məsafə tam Ayın görünən diametrindən təxminən üç dəfə böyükdür. Gecə səmasında bu məsafəni ölçmək üçün qolunuzu irəli uzadaraq bir şəhadət barmağınızı və ya yanaşı tutduğunuz iki çeçələ barmağınızı istifadə edə bilərsiniz. Planetlər bir-birinə o qədər yaxın görünəcək ki, hər ikisi adi durbinlərin baxış sahəsinə rahatlıqla sığacaq. Bu isə səma müşahidəçiləri üçün nadir imkanlardan biridir.
Bütün gözəlliyinə baxmayaraq, bu yaxınlaşma əslində optik illüziyadır. Çünki Yerə nəzərən xarici planet sayılan Yupiter əslində Veneradan xeyli uzaqda olacaq. Konyunksiya zamanı qaz nəhəngi Yupiter Yerdən təxminən 6 astronomik vahid (AV) məsafədə yerləşəcək. Bu, Yer ilə Günəş arasındakı məsafənin altı qatına bərabərdir. Daxili planet olan Venera isə Yerdən cəmi 1,2 astronomik vahid uzaqda olacaq və beləliklə, Yupiterdən təxminən beş dəfə yaxın görünəcək.
Əslində baş verən budur ki, Venera Yer səmasında yüksəlir, Yupiter isə tədricən uzaqlaşır. Buna görə də gec-tez onlar gecə səmasında bir-birinin yanından keçirmiş kimi görünməlidirlər. Bunun səbəbini anlamaq üçün hadisədə iştirak edən üç planetin — Venera, Yer və Yupiterin hərəkət sürətlərini nəzərə almaq lazımdır.
Qeyd edək ki, Venera və Yupiter ildə bir və 2 dəfə görüşə bilirlər. Səbəb odur ki, Venera Günəş ətrafında təxminən 225 günə, Yer 365 günə, Yupiter isə təxminən 12 ilə dövr edir. Bu fərqli sürətlərə görə Venera vaxtaşırı Yupiterə səma üzərində "çatır" və onlar eyni istiqamətdə görünürlər.
Səfər
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












