Siqaret pulunu yığıb helikopter düzəltdi – FOTO+VİDEO

Qusar rayonu Samur qəsəbə sakini 67 yaşlı Mirzəxan İmamquluyev siqaretə xərclədiyi pulu yığaraq helikopter hazırlayıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, uzun müddət siqaret aludəçisi olan M.İmamquluyev 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.
İxtiraçı deyir ki, bunun üçün ona cəmi 10 il lazım olub: “10 il ərzində pula qənaət etmişəm. Həm də sağlamlığa da xeyri olub. Siqaretə verilən puldan isə helikopter ixtira etmişəm".
Helikopteri ayağa qaldırmaq isə hələ ki, mümkün olmayıb. Çünki bunun üçün lazım olan avadanlıqlar Azərbaycanda yoxdur.
67 yaşlı kişinin ixtiraları isə bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkminləşdirmək istəyir.
O, daha bir texnikanın üzərində çalışır. Belə ki, həmin cihazla həm ot biçmək, həm də yer şumlamaq mümkün olacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
















