Sutkada 25 saat nə zaman olacaq?

Britaniyalı alimlər Yer kürəsində sutkanın 24 saat deyil, 25 saat olacağı vaxtı təyin ediblər. Avtosfer.az xəbər verir ki, öz hesablamalarında alimlər eramızdan əvvəl 750-ci ildən 2015-ci ilə kimi olan günəş və ay tutulmaları məlumatlarından istifadə ediblər. Leslie Morrison-un başçılığı ilə olan tədqiqatçılar qrupu günəş və ay tutulmaları haqqında məlumatlar yığaraq qədim Babil, Misir, Yunanıstan, Çin və orta əsr Avropada bir sutkanın neçə saatdan ibarət olduğunu müəyyən ediblər. Qədim sivilizasiyalar, tutulmaların dəqiq qeydini aparırdılar. Buna görə də həmin məlumatlar günümüzə kimi qorunub saxlanmışdır. Bundan əvvəl alimlər, Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin dəyişməsini də nəzərə alıblar. Məlum olub ki, hər 100 il ərzində bir sutka, 1.8 millisaniyə artır. Bunun əsas səbəbi isə qütb buzlaqlarının əriməsi, dünya okeanının səviyyəsinin dəyişməsi, planetin nüvəsi ilə mantiyası arasında olan elektromaqnit qarşılıqlı əlaqələri və s.-dir. Sutkanın 1 dəqiqəyə uzanması 6.7 milyon il ərzində baş verir. Alimlər qənaətə gəliblər ki, gələcəkdə sutkanın uzunluğu artmaqda davam edəcək. Hesablamalara əsasən isə 200 ildən sonra Yer kürəsində bir sutka 25 saata bərabər olacaq. //technote.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












