Türk dünyasının ilk elektromobili – 137 illik tarix - FOTO

Elektrikli nəqliyyat vasitələrinin sürətlə yayıldığı bu dövrdə bir çox marka və modellər qlobal bazara çıxır. Ancaq bəlkə də az adam bilir ki, elektrikli avtomobil texnologiyası heç də 21-ci əsrin ixtirası deyil. Əslində, elektriklə işləyən ilk avtomobillərdən biri hələ 137 il əvvəl Osmanlı İmperiyasında istifadə edilib.
Avtosfer.az xəbər verir ki, 1888-ci il Osmanlı tarixində dönüş nöqtəsi oldu. Həmin il Sultan II Əbdülhəmidin göstərişi ilə Britaniyanın "Messrs Immisch & Co" şirkətinə sifariş verilərək 48 voltluq mühərriklə işləyən üstü açıq elektrik avtomobili saraya gətirildi. Bu hadisə Osmanlının texnoloji yarışa qatıldığını göstərən mühüm addımlardan biri sayılır.
Eyni dövrdə dünya miqyasında da elektrikli avtomobil sınaqları aparılırdı. Macar mühəndis Anyos Jedlikin sadə modeli və alman Andreas Flockenin dörd təkərli prototipi buna misaldır.

1895-ci ildə Fransadan saraya daha iki elektrikli avtomobil gətirildi. Saray sənədlərində bu avtomobillərin sultanın özü tərəfindən istifadə olunub-olunmadığı dəqiq qeyd olunmasa da, II Əbdülhəmidin sonrakı qərarı maraq doğurur. 1905-ci ilə qədər avtomobil idxalını qadağan etdi.
Bəs texnologiyaya açıq olan bir sultan niyə bu addımı atdı?
Bu sualın cavabı Prof. Dr. Necmettin Erbakanın 1975-ci ildəki bir çıxışında ortaya çıxır. Onun sözlərinə görə, II Əbdülhəmid avtomobillərin hissələrinin xaricdən asılılıq yaradacağından narahat idi. Hətta avtomobil test üçün gətirildikdə, sultanın reaksiyası belə olub: “Sabah bir hissəsi qırılsa, Amerikadan gətirəcəyik?”
Bu narahatlıq onu idxal asılılığından uzaq durmağa sövq etdi.
Lakin bu tarixi addımın davamı gəlmədi. O dövrdə İstanbulda elektrikli avtomobillərin yayılmasına əsas maneə zəif infrastruktur idi. Silahtarağa Elektrik Stansiyası yalnız 1910-cu ildə quruldu və şəhərin enerji ehtiyacını tam qarşılamırdı. Eyni zamanda enerji doldurma stansiyalarının mövcud olmaması da problem idi.

Buna paralel olaraq, 1908-ci ildən etibarən Henri Fordun benzinlə işləyən və ucuz “Model T” avtomobili geniş yayıldı. Siyasi gərginliklər, Balkan müharibələri və Birinci Dünya müharibəsi isə iqtisadiyyatı çökdürdü. Nəticədə, hətta elektrikli tramvaylar belə yalnız 1914-cü ildə istifadəyə verildi.
Sultan II Əbdülhəmidin 137 il əvvəlki uzaqgörənliyi bu gün yerli istehsalın və texnoloji müstəqilliyin əhəmiyyətini daha aydın göstərir. Bəlkə də Osmanlıda yarımçıq qalan bu hekayə, indi öz tamamına yaxınlaşır.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












