Yadplanetlilər ABŞ-ın atom gəmisini qaçırdı - Gizli tarix

1968-ci ildə Amerikanın “Əqrəb” atom sualtı gəmisi tam məxfi missiya ilə SSRİ-yə doğru yola düşür. Məqsəd SSRİ dəniz donanmasını izləmək və kəşfiyyat məlumatlarını göndərmək idi.
Planlaşdırmaya görə, gəmi hərəkətə keçəndən 7 gün sonra geri qayıtmalı idi. Lakin aylar keçsə də, heç bir xəbər yox idi və Amerika Hərbi Dəniz Qüvvələri anladı ki, sualtı gəmi itib.
Avtosfer.az xəbər verir ki, “Əqrəb”dən bu günə qədər xəbər yoxdur.
Ehtimallardan biri sualtı gəminin zədələnərək batması idi. Halbuki, o, həmin dövr üçün müasir tipli gəmilərdən hesab olunurdu və hesablamalara görə, batması ehtimalı zəif idi.
1998-ci ildə Amerika mediasında məlumat yayıldı ki, “Əqrəb”in yox olmasında sirli qüvvələr rol oynayıb. Lakin bu, hərbi-elmi dairələrdə inandırıcı görünmürdü.
Məlumatlar var ki, “Əqrəb”in komandiri Frensis Etvud Sletter itməmişdən iki ay əvvəl gəminin təcili təmir olunması haqda müraciət edib. Lakin onun sözünə qulaq asmayıblar.
Və “Əqrəb” 1968-ci ilin 20 may tarixində yola düşdü. Bir gün sonra gəmi yeri haqda məlumat verdi. Mayın 27-də də hər şey qaydasında idi. Lakin 28 may tarixində Hərbi-Dəniz Qüvvələri anladı ki, sualtı gəmi batıb, 99 ekipaj üzvü həlak olub. İlkin ehtimal gəmin Sovet donanması tərəfindən məhv edilməsi idi.
Bütün araşdırmalar, nəzəriyyələr, texniki tədqiqatlar “Əqrəb”in nasazlığa görə batdığı fikrini irəli sürürdü. Lakin yenə də bütün fikirlərin tam təsdiqi üçün möhkəm sübutlar yox idi. SSRİ-nin varisi olan Rusiya da indiyə qədər bu hadisə ilə bağlı heç bir məlumat verməyib. Və məhz buna görə Amerikada “Əqrəb”in sirli yoxa çıxmasında yadplanetlilərin rolunun olduğuna dair fikirlər irəli sürülür. //publika.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












