Yer kürəsini məhv edəcək ulduz AŞKARLANDI

Avropanın cənub rəsədxanasının alim-astronomları partlayışı Yer kürəsini məhv edəcək Eta Carinae adlı nəhəng ulduzun yeni fotolarını əldə ediblər. Şəkillərdən göründüyü kimi, bu qeyri-adi ulduz ikili sistemdən - 120-150 Günəşin çəkisinə bərabər olan nəhəng ulduzdan və kütləsi bizim dünyadan 30-80 dəfə böyük olan peykdən ibarətdir. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, yeni əldə olunmuş şəkillərin sayəsində alimlər sistemin mərkəzində "böyük" və "kiçik" ulduzların arasında qeyri-adi sahə görüblər. Burada ulduz küləklərinin toqquşması baş verir ki, bu da qeyri-adi "burulğana" səbəb olur. Mütəxəssislər ehtiyat edirlər ki, bu ulduzun partlamasından sonra səma Veneradan daha aydın şəkildə görünəcək. Və bu baş verəndən sonra Yer kürəsi ətrafında yerləşən bütün peyklər məhv olacaq, Yerin ozon təbəqəsi dağılacaq və nəticə planetimizi fəlakətə gətirib çıxaracaq. Qeyd edək ki, alimlər Eta Carinae-nin dəqiq təsvirlərini nəhəng Very Large Telescope (VLT) teleskopunun köməyi ilə əldə ediblər. Sözügedən teleskop 4 köməkçi teleskopdan ibarətdir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












