Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub

Məşhur astrofizik Stiven Xokinq hesab edir ki, təcili Yer kürəsini tərk eləmək lazımdır. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, məşhur astrofizik Stiven Xokinq etiraf edib ki, onun üçün ən qeyri-adi kəşf kainatın sürətlə genişlənməsi olub: “1998-ci ildə məlum oldu ki, kainatın genişlənməsi təxmin edildiyi kimi zəifləmir, o, əksinə sürətlənir”.
“Deyirlər ki, bunun səbəbi “qara enerji”dədir, lakin bu, sadəcə anlamadığımız məsələyə verdiyimiz bir addır. Xüsusilə, biz bilmirik ki, niyə bu dəyər sıfıra bərabər deyil və ya niyə sıfırdan yüksəkdir. Biz bu sürətin genişlənmə zamanı sabit qalıb qalmadığını da bilmirik”, — deyə o əlavə edib.
İyirminci əsrin sonunadək hesab edilirdi ki, böyük partlayışdan sonra kainat genişlənir və bu genişlənmənin sürəti getdikcə zəifləyir. Lakin 1998-ci ildə tədqiqatçılar bu məlumatı təkzib edən sübutlar tapdılar. Yeni sübutlara əsasən, kainatın genişlənməsi sürətlə artır.
Bundan başqa Stiven Xokinq dünyanın sonunun gəldiyini bildirib. Onun sözlərinə görə, yaxın 1000 il ərzində dünya suni fəlakət nəticəsində məhv olacaq. Astrofizik bunun mümkün səbəblərini üç ssenari ilə bağlayır: nüvə müharibəsi, süni intellektin fəaliyyəti və ya genetik virus.
“Bu dünyadan qaçmazsaq axırımız yaxşı olmayacaq. Sivilizasiya tarixinin ən təhlükəli dövrünə giririk. Dünyadan yox olmağımız bir ana bağlıdır. Var olmaq üçün isə tək şansımız var. O da kainata yayılmaqdır”, - deyə o bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












