Yoldaşlarını yeyən, cəsədləri dondurulan səyyahlar – FOTO

Təxminən 171 il əvvəl iki gəmi İngiltərədən yola çıxdı və geri qayıtmadı. "Franklinin itkin səfəri" olaraq adlanan bu hadisə hələ də sirr olaraq qalır. 1845-ci ildə ingilis səyyahı Con Franklinin başçılığı ilə 134 nəfərlik heyət “HMS Erebus” və “HMS Terror” adlı gəmilərlə İngiltərənin Grinhize limanından yola çıxır. Şimali Amerikanın şimal sahillərinin tədqiqi məqsədi ilə yola düşən dövrünün ən yeni texnologiyası ilə təchiz olunmuş gəmilərdə bütün heyət üçün üç illik azuqə toplanmışdı. Avtosfer.az xəbər verir ki, səfərin ilk üç ayında beş adam qrupdan çıxarılaraq evinə göndərilir və kəşfiyyat qrupunda 129 nəfər qalır. Bundan sonra yaşananlar isə hələ də sirr olaraq qalır.
Bu hadisə haqqında illərlə bir çox müzakirə edildi, tədqiqatçıların çoxu gəmilərin şimal qütbdə buzlaqlara toqquşaraq batdığını düşündü. 1850-ci ildə amerikalı və ingilis tədqiqatçılar tərəfindən səfər bölgəsində tapılan üç məzar Franklinin qrupuna aid yeganə dəlili tapmağa imkan verdi. Tədqiqatçılar 1854-ci ildə bölgədə yaşayan eskimolarda Franklinin qrupuna aid bəzi əşyaların olduğunu görür və onlardan insan sümüklərinin tapıldığı məntəqələrin yerini öyrənirlər. Tapdıqları sümüklərin çoxu qırılmış və zədəli olduğu üçün tədqiqatçılar qrupun adamyeyənlər tərəfindən öldürüldüyü qənaətinə gəldilər.
1980 və 90-cı illərdə aparılan araşdırmalar adamların yeyildiyi ehtimallarını təsdiqləyir, ancaq bunu aborigenlərin törətmədiyi aydın idi. Çünki, tapılan sümüklərdə bıçaq izləri var idi və bu isə qrupun üzvlərinin aclıqdan yoldaşlarının ətini yediyini göstərirdi.
Antropoloq Oven Beattie 1984-ci ildə tapılan 138 illik mumiyalanmış cəsəd kəşf etdiyində, cəsədin mükəmməl şəkildə qorunduğunu görərək qrupun başına gələn macəranı araşdırmağa başladı.
20 yaşlı Con Torrinqtona məxsus olan bu cəsədin yanında yazı həkk olunan lövhə var idi. Bu lövhədə Torrinqtonun 1 yanvar 1846-cı ildə 20 yaşında öldüyü yazırdı. Üzərində düymələri dəniz qabığından düzəldilmiş boz rəngli pambıqlı köynək və kətan şalvar olan Torrinqtonun gözləri 138 il keçməsinə baxmayaraq, canlılığını qoruyurdu. Cəsəd yarılanda, onun ölərkən təraşlı üzə və uzun qəhvəyi saçlara sahib olduğu məlum olur. Həmçinin, heç bir zədə və ya yaralanma izi olmadığı bilinir. 1.65 metr boyu və 40 kiloqramlıq ağırlığı olan Torrinqtonunn ölüm səbəbinin qida çatışmazlığı olduğu ehtimal edilir. Daha bir ehtimal onun zəhərli güllədən ölməsi idi. Ancaq ölüm səbəbi hələ də qəti olaraq bilinmir.
129 adamın öldüyü bu səfərdə gəmilərdən biri 2014-ci ildə, digəri isə 2016-ci ildə tapılıb. Bu sirr dolu səfərdə cəsədləri tapılan üç adamın Bichey adasında cəsədləri dondurulmuş saxlanılmaqdadır. //publika.az
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur
















