ABŞ-də dizel yanacağının qiyməti dördillik maksimuma çatdı

Qlobal tədarük zəncirinə təsir edən hərbi əməliyyatlar səbəbindən ABŞ-də dizel yanacağının qiyməti son dörd ilin ən yüksək həddinə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məlumatında bildirilir.
Birləşmiş Ştatlarda dizel yanacağının pərakəndə satış qiymətləri İranla müharibə dövründəki göstəriciləri geridə qoyaraq 2022-ci ilin ortalarından bəri maksimuma yetişib və tarixi rekorda yaxınlaşıb.
ABŞ Avtomobil Assosiasiyasının məlumatına görə, çərşənbə günü benzinin orta qiyməti artaraq bir qallon (İngilis ölçü sistemində həcm vahididir və istifadə ölkəsindən asılı olaraq 3.79 ilə 4.55 litr arasındadır) üçün 5.783 dollara çatıb ki, bu da aprel ayında qeydə alınan hərbi pik göstəricidən yüksəkdir. Bu rəqəm 2022-ci ilin iyun ayında əldə edilən 5.816 dollarlıq tarixi maksimumdan cəmi 0.033 dollar aşağıdır. Üstəlik, bu son deyil. Nəşrin ehtimallarına görə, yanacaq qiymətlərində artımın pik nöqtəsi sentyabrın 7-də, bazar ertəsi günü müşahidə oluna bilər.
Bildirilir ki, Yaxın Şərqdəki münaqişə və Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın neft emalı zavodlarına zərbə endirməsi dizel yanacağının kəskin bahalaşmasına səbəb olub. Bu vəziyyət bazarda qıtlığı daha da gücləndirərək Moskvanın ixraca qadağa qoyması ilə nəticələnib. Baş verənlər dizel yanacağı üzrə füçersləri "Bloomberg Commodity Index"də artım liderinə çevirib və bu da öz növbəsində qlobal inflyasiyanı sürətləndirir.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












