ABŞ-nin qadağası Avropanı rekord dizel qiymətlərinə sürükləyir

ABŞ tərəfindən dizel yanacağının ixracına tətbiq oluna biləcək qadağa Avropada bu məhsulun qiymətinin kəskin şəkildə artmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa qiymətləri üzrə rəhbəri Benedikt Corc hesab edir ki, ABŞ-nin dizel ixracına qoyacağı məhdudiyyətlər Avropada bu yanacaq növünün qiymətlərinin yeni, görünməmiş səviyyəyə qalxması ilə nəticələnəcək. Belə ki, son aylar ərzində Avropaya tədarük edilən dizel yanacağının təxminən yarısı ABŞ-nin payına düşür.
"Hazırda heç bir tədbirin görülmədiyini anlamaq çox vacibdir. Onların, ümumiyyətlə, tətbiq edilib-edilməyəcəyi və hansı formada reallaşdırılacağı hələ də naməlum olaraq qalır", - deyə o əlavə edib.
Bununla yanaşı, telekanal qeyd edir ki, Avropadakı əksər neft treyderləri Vaşinqtonun belə bir addım atacağına şübhə edirlər. Çünki sözügedən qadağa ABŞ neft şirkətləri üçün ciddi problemə çevrilə bilər.
"ABŞ-nin hər hansı məhdudiyyət tətbiq edib-etməyəcəyini bilmirik, lakin mən düşünürəm ki, bu mövzuda fikir bildirən hər kəs maksimum 2-3 aylıq qısamüddətli tədbirlərdən danışırdı", - deyə Corc vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp ötən həftə bəyan edib ki, o və rəhbərlik etdiyi administrasiya dizel yanacağının ixracına qadağa qoyulması imkanını ciddi şəkildə nəzərdən keçirir və belə bir qərarın qəbul edilməsi ehtimalını istisna etməyib.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












