Abşeronda iməcilik keçirildi - FOTO - VİDEO

Abşeron rayonunda iməcilik keçirilib.
Avtosfer.az xəbər verir ki, Abşeron RİH strukturuna daxil olan əməkdaşların iştirakı ilə baş tutan iməcilik zamanı əvvəlcə ərazilərə ümumi baxış keçirilib, estetik və memarlıq görünüşə xələl gətirən hallar aydınlaşdırılıb.
Xırdalan şəhərində məişət tullantılarının yığılması və konteynlərin qoyulması üçün yeni məntəqələr inşa edilib. Bütün şəhər üzrə tullantı məntəqələrinin ərazilərinin asfaltlanması həyata keçirilib. Köhnə məntəqələr təmir edilib. O cümlədən tullantı konteynləri və məntəqələri yuyulub, ətrafı təmizlənib, istismar müddətini başa vurmuş konteynlər yeniləri ilə əvəzlənib, eytiyac duyulan məntəqələrdə konteynlərin sayı artırılıb.
İməcilik zamanı bir çox ünvanda ağaclarda budama işləri görülüb və insanların rahat hərəkətinə mane olan ağac kolları budanıb, quru otlar biçilib və yaşıllıqların qorunması istiqamətində müvafiq dərmanlanma işləri aparılıb. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında da genişmiqyaslı iməcilik işləri görülüb. Belə ki, park ərazisində əvvəlcə təmizlənmə və rənglənmə işləri həyata keçirilib. Daha sonra parkda olan uşaq və idman meydançaları təmir edilib, qurğular rənglənərək sakinlərin ixtiyarına buraxılıb.
Şəhər ərazisində olan işıq dirəkləri yuyulub, rənglənib və müvafiq təmir-bərpa işləri aparılaraq gecə işıqlanması təmin edilib. Şəhərin yollarında cari təmir işləri aparılıb.
Dekoratik divarlar təmir edilib, qopmuş və zədələnmuiş hasar daşları yeniləri ilə əvəzlənib, ümumi memarlıq ahənginə uyğun formada rənglənib. Şəhərin küçələri xüsusi texnilalarla yuyulub.
Park ərazisində və yol kənarlarında yay mövsümünə uyğun olan gül kolları əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, rayonun “Şəfəq” qəsəbəsi ərazisindəki parkda uşaqlar üçün yeni əyləncə kompleksi və idman qurğuları quraşdırılaraq sakinlərin istifadəsinə verilib.
Məlumat üçün bildirək ki, rayon ərazisində abadlıq, təmir və təmizlik işləri, mövsüm zamanı yeni yaşıllıqların salıması və ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.









Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO










