Dizelin qiyməti rekord vurdu - Bu ölkədə

ABŞ-də dizellə bağlı yeni qərar müzakirə olunur. Prezident Donald Tramp ölkədən dizel ixracının qadağan edilməsini nəzərdən keçirdiyini açıqlayıb. Lakin bu addımın benzin qiymətlərinə də təsir göstərə biləcəyini bildirib.
Avtosfer.az yenisabah-a istinadən xəbər verir ki=xəbər verir ki, Tramp Ağ Evdə Cənubi Koreyanın ABŞ-dəki enerji layihələrinə yatırımları ilə bağlı açıqlamadan sonra jurnalistlərin suallarını cavablandırıb. ABŞ prezidentindən dizel ixracına qadağa qoyulub-qoyulmayacağı soruşulub. Tramp məsələni düşündüyünü və ABŞ-nin energetika naziri Kris Rayt, eləcə də daxili işlər naziri Daq Berqamla bu barədə tez-tez müzakirələr apardığını deyib. Trampın sözlərinə görə, nazirlər belə bir qadağanın dizel qiymətlərinin aşağı düşməsinə kömək edə biləcəyini, lakin digər yanacaq məhsullarının qiymətini artıra biləcəyini düşünürlər.
“Düşünürəm ki, yaxşı vəziyyətdəyik. Çünki neft qiymətləri aşağı düşməyə başlayacaq. Hazırda Hörmüz boğazından çox böyük həcmdə neft çıxır”, – Tramp bildirib.
O, dizel ixracına qadağanın benzin qiymətlərinə mənfi təsir göstərə biləcəyini də qeyd edib. Tramp dizel qiymətlərindəki problemin əsas səbəbinin Yaxın Şərq deyil, Rusiyada baş verən hadisələr olduğunu deyib.
ABŞ-nin energetika naziri Kris Rayt isə bu məsələ üzərində həftələrdir, hətta aylardır hər gün çalışdıqlarını bildirib. Rayt son həftədə dizel qiymətlərinin aşağı düşdüyünü deyib. Onun sözlərinə görə, qarşıdakı günlər və həftələrdə qiymətlərin ciddi şəkildə azalması gözlənilir və bununla bağlı bir sıra açıqlamalar veriləcək. Rayt bildirib ki, Rusiyadan gələn dizelin itirilməsi ABŞ-də yanacaq təchizatında çətinlik yaradıb. Onun sözlərinə görə, Yaxın Şərq və Çindən gələn dizel tədarükündə də müəyyən azalmalar olub.
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO











