Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi

Gürcüstanın “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze vətənə xəyanət ittihamı ilə həbs edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluğun nümayəndəsi Beka Kvitsiani brifinqdə bildirib ki, bu ilin əvvəlindən Çubinidze mətbuatda və sosial platformalarda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Keşikçidağ (David Qareci) monastır komplektinin ərazisinin bir hissəsini gizli şəkildə Azərbaycana verməsi barədə yalan və dezinformasiya xarakterli məlumatlar yayıb.
Jurnalistin bununla demarkasiya və delimitasiya üzrə dövlətlərarası komissiyanın işinə mane olduğu bildirilir. Kvitsianinin sözlərinə görə, istintaq jurnalistin bu iddialarını təkzib edib və ona qarşı vətənə xəyanət ittihamı irəli sürüb.
İrəli sürülən ittiham üzrə Çubinidzeni dörd ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Keşikçidağ kompleksi Azərbaycan-Gürcüstan sərhədinin yaxınlığında yerləşən qədim monastır kompleksidir. Kompleksin ayrı-ayrı hissələri Azərbaycan və Gürcüstan ərazilərində yerləşir. Bu səbəbdən Keşikçidağ məsələsi iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı ən həssas mövzulardan biri hesab olunur. Azərbaycan məsələnin beynəlxalq hüquq və mövcud tarixi-kartoqrafik sənədlər əsasında həll edilməsinin lehinə çıxış edir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












