Gürcüstanda Rusiya dizeli tam şəkildə Azərbaycan yanacağı ilə əvəzlənə bilər

"Azərbaycanın dizel yanacağı Gürcüstanda Rusiyadan idxal olunan həcmi tamamilə əvəz edəcək".
Avtosfer.az-ın Gürcüstanın "Business Press News" nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Neft İdxalçıları Birliyinin rəhbəri Vaxtanq İobaşvili məlumat verib.
Onun sözlərinə görə, bu, Azərbaycanın həmçinin Avropaya tədarük etdiyi yüksək keyfiyyətli "Avro-5" dizel yanacağıdır.
Nəşr qeyd edir ki, oktyabr ayında Azərbaycandan yanacaq idxalı artaraq rekord 35.129%-ə çatıb:
"Azərbaycandan dizel yanacağına tələbat artıq 40% artıb və artmaqda davam edəcək. Azərbaycanın dizel yanacağı Rusiyadan idxal edilən həcmləri tam şəkildə əvəzləyəcək. Bu, çox yaxşıdır. İlk növbədə, Bakı və Tbilisi logistik nöqteyi-nəzərdən bir-birinə yaxın yerləşirlər. Bu, şübhəsiz ki, qiymətlərdə müsbət yöndə əksini tapacaq. Rusiya çox böyük bir ölkədir və bu qədər böyük məsafədə dəmiryolu daşınmaları, digər logistik xidmətləri təbii ki, daha baha başa gəlir. Bakı 400 kilometr məsafədədir".
O, Gürcüstan üçün Azərbaycanın dizel yanacağının nə qədər ucuz başa gəldiyinə dair suala cavabında qeyd edib:
"Azərbaycanın logistik xidmətləri Rusiya və ya digər uzaq ölkələr tərəfindən təqdim edilən xidmətlərə nisbətən daha ucuzdur, lakin qiymət "Plats"a əsasən formalaşır, buna görə də onlar bizə daha aşağı qiymətə təklif edə bilməzlər. Logistikanın nə qədər ucuz başa gəldiyi də nəzərə alınmalıdır. Bu istiqamətdə daim yeniliklər baş verir və hər şey həm bizim, həm də onların dəmir yollarında, eləcə də digər xidmətlərdə tariflərin necə olacağından asılıdır. Əslində, qiymətlər hər il dəyişir".
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












