Banner

İstanbulda sel fəlakəti davam edəcək? - Təhlükə barədə xəbərdarlıq edildi

Xəbərlər 15 Oktyabr 2026 20:29
İstanbulda sel fəlakəti davam edəcək? - Təhlükə barədə xəbərdarlıq edildi
WhatsApp kanalımıza abunə olun

Oktyabrın 16-da səhər saatlarından etibarən İstanbulda yenidən güclü yağışların yağacağı gözlənilir.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, yağıntıların, xüsusilə şəhərin Avropa hissəsində və şimal rayonlarında güclü olacağı proqnozlaşdırılır.

Oktyabrın 16-da, cümə günü səhər saatlarından başlayaraq yağışların intensivləşəcəyi, şənbə günü isə İstanbulun bütün ərazisində güclü yağacağı gözlənilir.

Vətəndaşlara oktyabrın 14-də yağan güclü yağışların yaratdığı fəsadlar xatırladılıb. Onlara daşqın, su basması, ildırım və torpaq sürüşməsi risklərinə qarşı diqqətli və hazırlıqlı olmaları tövsiyə edilib.

Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh