İstanbuldakı fəlakət Azərbaycanda da təkrarlana bilər? - FOTO

Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları və fırtına ciddi fəsadlara səbəb olub. Şəhərin bir sıra ərazilərində həyatın gündəlik axarı pozulub.
Avtosfer.az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində iki nəfər həyatını itirib. Güclü yağışlar küçə və yolların su altında qalmasına, hərəkətdə çətinliklərin yaranmasına səbəb olub.
Yağıntılı hava şəraiti ilə əlaqədar İstanbulda tədris prosesinin bir günlük dayandırıldığı da bildirilir.
İntensiv yağışlar və fırtına şəhərdə sakinlərin gündəlik həyatına təsir göstərməklə yanaşı, təhlükəsizliklə bağlı narahatlıqları da artırıb.
Bəs İstanbulda müşahidə olunan güclü leysan və fırtına Azərbaycanda da qeydə alına bilərmi? Ölkəmizdə yaxın günlərdə intensiv yağıntılar və kəskin hava şəraiti gözlənilirmi?
Bakıvaxtı.az Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, həftəsonunadək ölkə ərazisində güclü yağışların yağacağı gözlənilmir.

"Ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Axşam və gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var", - deyə G.Məmmədova bildirib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












