İstanbuldan Ər-Riyada uçan təyyarələr geri dönməli oldu

İstanbuldan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə uçan təyyarələr geri qayıtmağa məcbur olublar.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, söhbət “Turkish Airlines” və “Ajet” şirkətlərinin reyslərindən gedir.
Belə ki, “Turkish Airlines” şirkətinin TK246 reysi yerli vaxtla saat 21:59-da (Bakı vaxtı ilə saat 22:59-da) yola düşüb, lakin 35 dəqiqə sonra geri dönməli olub və yerli vaxtla saat 23:20-də (Bakı vaxtı ilə 8 oktyabr saat 00:20-də) İstanbulda eniş edib. TK140 reysi isə yerli vaxtla saat 20:43-də (Bakı vaxtı ilə saat 21:43-də) havaya qalxıb, lakin uçuşdan təxminən iki saat sonra Səudiyyə Ərəbistanının şimal hissəsindən geri dönməli olub. Təyyarə yerli vaxtla saat 00:16-da (Bakı vaxtı ilə 8 oktyabr saat 01:16-da) İstanbula enib.
“Ajet” aviaşirkətinin VF213 reysinin ekipajı da eyni şəkildə hərəkət edib. Belə ki, yerli vaxtla saat 21:47-də (Bakı vaxtı ilə saat 22:47-də) Sabiha Gökçen adına aeroportdan havaya qalxan təyyarə 50 dəqiqə sonra geri dönüb və yerli vaxtla saat 00:10-da (Bakı vaxtı ilə 8 oktyabr saat 01:10-da) İstanbulda eniş edib. “Pegasus” aviaşirkətinin saat 05:15-ə planlaşdırılan reysi isə təxirə salınıb.
Xatırladaq ki, daha əvvəl Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının iki gün ərzində Səudiyyə Ərəbistanının Abha və Ər-Riyad şəhərlərinin hava limanlarına zərbələr endirdiyi barədə xəbərlər yayılıb. Hücumlar nəticəsində üç nəfərin həlak olduğu, daha 36 nəfərin xəsarət aldığı bildirilir. Dronlar və ballistik raketlə həyata keçirilən hücumlardan sonra Ər-Riyad hava limanında uçuşların dayandırıldığı bildirilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












