İstanbulu sel vurdu, yağış suları evlərə və obyektlərə doldu - İki nəfər öldü - VİDEO - YENİLƏNİB

İstanbuldakı şiddətli leysan yağışları və sel şəhərdə həyatı iflic edib.
Avtosfer.az xəbər verir ki, Sarıyer də daxil olmaqla bir çox rayonda nəqliyyat vasitələri sulara qərq olub.
Güclü yağışlar səbəbindən küçə və prospektlər, yeraltı keçidlər, tunellər, mağazalar gölə dönüb. Evləri su basıb.
Bir çox avtomobil yollarda qalıb.
Boğazköy ərazisindəki Alibey çayının daşması nəticəsində sel suları yaxınlıqdakı məktəbin həyətinə dolub.
Nəqliyyat və İnfrastruktur Nazirliyi əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul Havalımanına eniş edə bilməyən 43 təyyarənin alternativ hava limanlarına yönləndirildiyini açıqlayıb.
İstanbul Valiliyinin verdiyi məlumata görə, Fatih rayonunun Balat məhəlləsindəki Çukurbostan parkında 14 yaşlı M.I. gölməçədə addımlayarkən onu cərəyan vurub.
Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Digər bədbəxt hadisəsi isə Sarıyer rayonunun Ayazağa məhəlləsində qeydə alınıb.
Dereboyu küçəsində yolu keçməyə çalışan 34 yaşlı S.Y. sürüşərək başını səkiyə çırpıb və su axınına düşüb.
Ətrafdakı şəxslər tərəfindən sudan çıxarılaraq xəstəxanaya aparılan şəxs həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.
***
İstanbulda güclü yağış səbəbindən ölənlərin sayı 3 nəfərə çatıb.
“Hürriyet”in məlumatına görə, şəhərin Kağıthane bölgəsində körpünün altından təqribən 40 yaşlı kişinin cəsədi aşkar edilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












