İtkin şəhidimizin nəşi Naxçıvana gətirildi - FOTO - YENİLƏNİB

Mayın 16-da Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşi doğulduğu kəndə gətirilib.
Avtosfer.az xəbər verir ki, doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib.
Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mərasim zamanı "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, "Qurani-Kərimdən" ayələr və Dövlət Himni oxunub, havaya yaylım atəşi açılıb.
Nəşin üzərinə örtülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, qazilər, icra hakimiyyətinin əməkdaşları, hökumət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***09:36
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşinin qarşılanma mərasimi keçirilib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə yola salınıb.
Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 16-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.



Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?










