Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Bakıda polisin qanuni fəaliyyətinə mane olan və xuliqanlıq hərəkətləri edən sahibkar həbs olunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, bir neçə gün əvvəl gündüz saatlarında yol polisi əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayıblar. Sərxan adlı sürücüyə həmin saatlarda yükgötürmə qabiliyyətinin 8 tondan çox olduğu nəqliyyat vasitələrinin paytaxtın müəyyən edilmiş ərazilərində hərəkət etməsinin qadağan edildiyi bildirilib. Bu zaman sürücü yük avtomobillərinin sahibi olan Cəbrayıl rayon sakini 1992-ci il təvəllüdlü Kazım Kərimova (ad-soyad şərtidir) zəng edib. Sahibkar isə polis əməkdaşları ilə kobud danışaraq müxtəlif iddialar irəli sürüb. Özünü generallardan birinin adamı kimi təqdim edən şəxs təhqiramiz ifadələr işlədib.
Daha sonra Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində K.Kərimov polis əməkdaşları ilə münaqişə yaradıb. Bu səbəbdən o saxlanılıb və sərxoş halda olması müəyyən edilib.
Barəsində inzibati protokol tərtib edilən sahibkar Binəqədi Rayon Məhkəməsinə göndərilib və müvafiq qərarla 10 sutka müddətinə inzibati həbs edilib.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












