Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB

Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri yayılıb.
Avtosfer.az həmin videonu təqdim edir:
Qeyd edək ki, aparıcının bu gün 31 yaşı tamam olacaqmış./oxu.az
***
Azərbaycanlı aparıcı Ada Süleymanın ölümü ilə bağlı yeni detallar məlum olub.
Avtosfer.az bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Voyah" markalı minik və yük avtomobillərinin iştirakı ilə qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman vəfat edib.
Avtosfer.az xəbər verir ki, aparıcı yaxınları ilə doğum gününü qeyd edib. Evinə qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Qeyd edək ki, Ada Süleyman uzun müddət ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinə aparıcılıq edib./axsam.az
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ











