Şamaxı ilə Quba arasında birbaşa yol niyə yoxdur? - VİDEO

İllər keçir, amma Şamaxı ilə Qubanı birbaşa birləşdirəcək avtomobil yolu hələ də çəkilməyib. Mövcud yol şəbəkəsi sürücüləri Bakı istiqamətindən dolanmağa məcbur edir. Bu isə səfər müddətini uzadır, yanacaq və nəqliyyat xərclərini artırır.
Avtosfer.az xəbər verir ki, əslində Şamaxı və İsmayıllı ilə Quba arasında dağ keçidi mövcuddur. Keçmişdə istifadə edilən bu marşrut hazırda müasir avtomobil yolu tələblərinə cavab vermir. Ərazidə əsasən atlar, yolsuzluq avtomobilləri və iri texnikalar hərəkət edə bilir. Sakinlər deyirlər ki, birbaşa yol olsaydı, təqribi 120-140 kilometr məsafə qət edərdilər, ancaq indi Bakıdan keçib getdikləri üçün məsafə təxminən 300 kilometrə yaxındır:
Məsələ yalnız yaxın rayonların gediş-gəlişi ilə məhdudlaşmır. Birbaşa yol ölkənin mərkəzi və şimal-qərb hissəsindən şimal bölgəsinə alternativ nəqliyyat bağlantısı yarada bilər. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Şamaxı-İsmayıllı-Qəbələ və Quba-Qusar Azərbaycanın əsas turizm istiqamətləri olsa da, bu iki xətt arasında birbaşa avtomobil əlaqəsi yoxdur. Turistlər bir bölgədən digərinə keçmək üçün yenidən Bakı istiqamətinə qayıtmalı olurlar.
Yeni yol təkcə məsafəni qısaltmaz. Marşrut rayonlar arasında yük və sərnişin daşımalarını asanlaşdıra, yerli məhsulların bazarlara çıxışını sürətləndirə və vahid turizm xəttinin formalaşmasına imkan yarada bilər.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












