Şəhid pilot Rəşad Atakişiyevin həlak olmasından bir ay öncəki FOTOsu

"Onun həlak olmasından 1 ay öncə oğlumuzun 7 yaşını qeyd edirdik və bunu səmimi bir ortamda keçirmişdik".
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-ın "Şəhiddən qalan son foto" rubrikasına Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva deyib.
O, həyat yoldaşının ən son fotosunun oğlu Turqutun doğum günündə lentə alındığını deyib:

"Onun sevgi dolu baxışları, övladları ilə birlikdə həmin anları böyük ruh yüksəkliyi ilə yaşaması, eyni zamanda gələcəyə ümid dolu nəzərləri bu fotoda aydın əks olunub. Həmin günün xatirəsi bizim üçün həm də ona görə dəyərlidir ki, ilk övladımızın ad gününü qeyd edirdik. Rəşadın böyük oğlumuz Turqutla bağlı fikirləri, gələcəyə dair ümidləri isə tamam başqa idi. Turqut böyüdüyü üçün onunla fikir mübadiləsinə qoşula, öz duyğu və istəklərini bölüşə bilirdi. Həmin gün isə bu hisslər birə min artmışdı".
Könül Atakişiyeva deyib ki, valideynləri, yaxınları da o gün onların yanında idilər və bu şad günün şahidi olublar:
"Rəşadın mehribanlığı, uşaqlara olan böyük məhəbbəti hər zaman hiss olunurdu. Biz onun ətrafında olanda özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. Həmişə də vurğulayırdı ki, mənim qolum-qanadım, həyatım sizsiniz".
Qeyd edək ki, 1985-ci ildə Samux rayonunda anadan olan Rəşad Atakişiyev Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. O, Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri kimi yadda qalıb.
2019-cu il iyulun 24-də gecə saatlarında keçirilən təlim-məşq uçuşu zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" təyyarəsi ilə qəfil rabitə kəsilib və təyyarə radarlardan itib. Bir müddət sonra məlum olub ki, polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi təyyarə Xəzər dənizinə düşüb. Geniş ərazini əhatə edən axtarışlara xarici mütəxəssislər də cəlb olunmaqla, avqustun 19-da təyyarənin qara qutusu, bir gün sonra isə şəhid pilotun nəşi tapılıb və o, avqustun 21-də II Fəxri xiyabanda torpağa tapşırılıb.
Rəşad Atakişiyev xidmət etdiyi illər ərzində peşəkarlığı, vətənə bağlılığı və nümunəvi zabit kimi tanınıb. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra Azərbaycan Respublikasının "Şücaətə görə" medalı təltif olunub və mükafat ailəsinə təqdim edilib. Şəhidin iki oğul övladı yadigar qalıb.
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












