Şəhid Rafiq Cəfərov Füzulidə dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Şirvan oğlu Cəfərovun nəşi Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunub.
Avtosfer.az xəbər verir ki, əvvəlcə Əbdürrəhmanlı kəndində vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Rafiq Cəfərov hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Rafiq Cəfərov 1973-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1993-ci ildə Cuvarlı və Aşağı Əbdürrəhmanlı istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












