Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə hökm oxundu

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bu barədə hökm Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Həmçinin onlar cəzalarını çəkdikdən sonra Azərbaycandan məcburi çıxarılacaq. Məhkum olunan şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hökmdən əvvəl təqsirləndirilən şəxslərə son söz verilib. Onlar Azərbaycan xalqından üzr istəyiblər və həmin yerin Şəhidlər xiyabanı olduğunu bilmədiklərini deyiblər.
Xatırladaq ki, dövlət ittihamçısı onların 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib.
İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.
Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












