SOCAR yeni qərar qəbul edib

SOCAR istiqrazlarının müvafiq buraxılışının bazardan çıxması Azərbaycanda korporativ qiymətli kağızlarla aparılan REPO əməliyyatlarının həcminin kəskin azalmasına təsir göstərib.
Avtosfer.az xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) maliyyə analitiki Nərmin Bayramlı bildirib.
Onun sözlərinə görə, REPO əməliyyatlarında adətən risksiz hesab edilən dövlət qiymətli kağızlarından daha geniş istifadə olunur. Əvvəlki dövrlərdə isə korporativ qiymətli kağızların REPO əməliyyatlarında yüksək paya malik olması əsasən SOCAR istiqrazları ilə aparılan əməliyyatlarla əlaqədar olub.
Bayramlı qeyd edib ki, SOCAR istiqrazlarının həmin buraxılışının bazardan çıxması və bu istiqrazlarla REPO əməliyyatlarının davam etdirilməməsi korporativ qiymətli kağızlar üzrə göstəricilərin əhəmiyyətli dərəcədə azalmasına təsir edib.
BFB rəsmisinin sözlərinə görə, ümumi REPO dövriyyəsinin azalmasına bank sektorunda yüksək likvidlik də təsir göstərir. Belə ki, REPO əməliyyatları banklar tərəfindən əsasən qısamüddətli likvidlik ehtiyaclarının qarşılanması üçün həyata keçirilir. Bank sistemində hazırda izafi likvidliyin mövcud olması isə bu alətə ehtiyacı azaldır.
Qeyd edək ki, BFB-nin məlumatına görə, 2026-cı ilin ilk yarısında korporativ qiymətli kağızların girov kimi istifadə olunduğu REPO əməliyyatlarının həcmi 0,96 mlrd manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 11,85 mlrd manat olub. Beləliklə, korporativ qiymətli kağızlarla REPO əməliyyatlarının həcmi illik müqayisədə təxminən 91,9% azalıb.
Dövlət istiqrazları əsasında aparılan REPO əməliyyatlarının həcmi isə 19,25 mlrd manatdan 19,97 mlrd manata yüksəlib. Nəticədə dövlət istiqrazlarının payı ümumi REPO dövriyyəsinin təxminən 93%-ni təşkil edib.
Ümumilikdə, 2026-cı ilin ilk yarısında REPO dövriyyəsi 21,57 mlrd manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 30,9% azalıb.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












