Ac sürücü yorğun olur, əsəbləşir, yuxusu gəlir - Yolda necə qidalanaq?

Uzaq yola çıxan sürüclər bir qayda olaraq avtomobilə nəzər yetirirlər: bura mayelərin səviyyəsini, təkərdəki təzyiqi və s. yoxlamaq daxildir. Lakin yola çıxan sürücü və sərnişin həm də öz qidalanmasını düşünməlidir.
Avtosfer.az xəbər verir ki, düzgün qidalanma nə qədər qəribə olsa da, yol hərəkətinin təhlükəsizliyinə təsir edir. Ac sürücü yorğun olur, əsəbləşir, yuxusu gəlir.
Lakin qidalanma qaydasında olmalıdır. Yola çıxan şəxs hər nə gəldi yeyə bilməz. Avropa mediasında yer alan tövsiyələrə görə, sürücü uzun yola çıxarkən ağır qidalar qəbul etməməlidir.
Bu zaman həzm pisləşdiyi üçün sürücünü yuxu basır. Yola çıxmazdan əvvəl tərkibində düyü, yumurta, qarabaşaq, göyərti, bitki yağı olan qidaların qəbulu tövsiyə edilir. Yol boyu isə quru və turş meyvələr və su məsləhət görülür.
Ən vacib məqamlardan biri sükan arxasında yeməməkdir. Bu həm qəza riskini artırır, həm də mədəyə əlavə yük olur. Ən yaxşı variant yolda qida qəbulu və istirahət üçün 10-15 dəqiqə fasilə verməkdir.
Avropalı ekspertlər çips, fri, trans yağlı qidalar, allergeya və narahatlıq yaradan yeməklərdən uzaq durmağı tövsiyə edirlər.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












