Avtobusların yanından keçərkən bunu etməyin - Mütəxəssisdən sürücülərə XƏBƏRDARLIQ – VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə avtobusların yanından keçərkən daha diqqətli olmağı tövsiyə edib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, bir çox insan avtobus dayanacaqları yaxınlığında yolu keçərkən təhlükəsizlik qaydalarına tam əməl etmir və bu da qəza riskini artırır.
Aqil Rəhimov bildirib ki, nəzəri baxımdan piyadaların avtobusun arxa hissəsindən yolu keçməsi daha təhlükəsiz hesab olunur. Lakin müşahidələr göstərir ki, insanların əksəriyyəti avtobusun ön hissəsindən çıxmağa üstünlük verir. Bu isə sürücülər üçün gözlənilməz vəziyyət yaradır və qəza ehtimalını artırır.
Xüsusilə yağışlı hava şəraitində sürücülərin daha ehtiyatlı davranmasının vacibliyini vurğulayıb. Belə havalarda yolun sürüşkən olması və görünüş məsafəsinin azalması səbəbindən sürəti aşağı salmaq lazımdır.
“Yağışlı hava şəraitində sürəti ən azı 10-15 km/saat azaltmaq tövsiyə olunur. Avtobusların yanından keçərkən isə mümkün qədər ehtiyatlı olmaq, təhlükəsiz məsafə saxlamaq və sürəti təxminən 20 km/saata qədər endirmək məqsədəuyğundur. Əlbəttə, yol nişanlanmasının tələbləri pozulmamalıdır. Lakin sürücülər nəzərə almalıdırlar ki, avtobusun qarşısından qəfil piyada çıxa bilər”, – deyə o qeyd edib.
Sürücülər bəzən arxadan gələn nəqliyyat vasitələrinin siqnal verməsi və ya tələsməsi səbəbindən sürəti azaltmaqdan çəkinirlər. Halbuki əsas məqsəd mümkün qəzanın qarşısını almaqdır.
Mütəxəssis hesab edir ki, avtobus dayanacaqları yaxınlığında hərəkət edən sürücülər hər an piyadanın yola çıxa biləcəyini nəzərə almalı, xüsusilə uşaqların və yaşlı insanların davranışlarını əvvəlcədən proqnozlaşdırmağa çalışmalıdırlar. Ehtiyatlı sürücülük həm piyadaların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində əsas amillərdən biridir.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












