Avtomatik ötürmədən yanlış istifadə bahalı təmirə səbəb ola bilər - EKSPERT XƏBƏRDARLIĞI

Avtomobil ekspertləri xəbərdarlıq edir ki, sürətlər qutusunun düzgün istifadə olunmaması ciddi nasazlıqlara və yüksək təmir xərclərinə gətirib çıxara bilər.
Avtosfer.az xəbər verir ki, avtomobil hərəkətdə olarkən birbaşa “D” (hərəkət) rejimindən “P” (parklama) rejiminə keçmək transmissiyanın vaxtından əvvəl aşınmasına səbəb ola bilər.
Transmissiyanın işi və sürücülərin səhvi: Avtomatik transmissiya mühərrik gücünün daha rəvan ötürülməsini təmin edir. Son illərdə sürücülər arasında avtomatik sürət qutularına maraq artsa da, onların düzgün istifadə olunmaması ciddi problemlərə yol açır.
Mütəxəssislərin sözlərinə görə, hərəkətdə olan avtomobili birbaşa “P” rejiminə salmaq "parkinq kilidi" mexanizmini sıradan çıxara bilər. Bu kilid avtomobilin özbaşına hərəkətinin qarşısını almaq üçün dişli çarxları bloklayan detaldır. Avtomobil tam dayanmazdan əvvəl “P” rejiminə keçmək, bu metal kilidin qırılmasına və bahalı təmirə səbəb ola bilər.

Bəs doğru istifadə necə olmalıdır?
Mütəxəssislər sürücülərə öncə avtomobili tam dayandırmağı, sonra “N” (neytral) rejiminə keçməyi və daha sonra “P” rejimini seçməyi tövsiyə edirlər. Bu yanaşma transmissiya sisteminə düşən yükü azaldır və uzunömürlülüyünü artırır.
Avtomatik transmissiyanın dəyişdirilməsi avtomobilin ən bahalı təmir işlərindən biridir. Xüsusilə yeni modellərdə bu xərc 5000-10000 avro aralığında dəyişə bilər. Buna görə də, sadə bir diqqətsizlik sürücülərə böyük məbləğlərə başa gələ bilər.
.jpg)
Nəticədə, avtomatik transmissiyalı avtomobillər rahat olsa da, düzgün istifadə olunmazsa, ciddi maliyyə itkisinə səbəb ola bilər. Sürücülərə tövsiyə olunur ki, ötürmə dəstəyini (selektoru) başqa hərəkət rejiminə keçirərkən (parklama və dayanma) avtomobilin tam dayanmasına diqqət etsinlər. Bu sadə qaydaya əməl etməklə bahalı təmirdən yayınmaq mümkündür.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












