Avtomobil qəzalarının görünməyən səbəbləri: allergeya, stres, uşaqlar... - FOTO

Baş verdiyi ölkədən asılı olmayaraq insanların çoxunun ölümlə nəticələn qəza xəbərinə münasibəti belə olur: yavaş sürsə belə olmazdı. Əlbəttə, yüksək, daha doğrusu yol şəraitinə uyğun olmayan sürət yol qəzalarının yarıdan çoxunun başlıca səbəbidir. Bəs aşağı sürətdə baş verən qəzaları nə ilə əlaqələndirək?
Avtosfer.az xəbər verir ki, Avropanın bir neçə ölkəsində qəzaların səbəbləri ilə bağlı statistika aparılıb. Məlum olub ki, yüksək sürət və alkoqol heç də bütün qəzaların baş təqsirkarı deyil. Yanaşı səbəbləri də unutmaq olmaz.

Yol qəzalarının əsas səbəblərindən biri yorğunluqdur. Avropadakı qəzaların 20-25 faizi məhz yorğunluqdan və yuxusuzluqdan baş verir. Tədqiqat göstərir ki, son sutkada normal yatmayan sürücü qanında 0,5 promil spirt olan sürücüdən daha təhlükəlidir. Yorğun və yuxulu sürücünü diqqəti qeyri-iradi olaraq yoldan yayınır.
Yorğunluğun və yuxusuzluğun bir səbəbi də körpə uşaqlardır. Onların gecə yatmaması valideynə gündüz maşın sürərkən problem yaradır.

Bundan başqa, stres, gündəlik qayğılar və spirt tərkibli dərman qəbulu da sürücünün diqqətini dağıdaraq qəzaya səbəb ola bilər.
Nə qədər maraqlı olsa da, qida da yol təhlükəsizliyində vacib rol oynayır. Allergeya yaradan qidaların qəbulu sürücülər üçün ciddi problem yarada və qəzaya səbəb ola bilər. Bu qidaların başında isə çipsi dayanır.
Vüqar Yaşaroğlu

Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












